Bu şadlıq sarayının fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
10:00 16.04.2026
Oxunuş sayı: 1290