Azərbaycan millisi Qazaxıstana ikinci oyunda da uduzub
Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.
Crossmedia.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ikinci dəfə Qazaxıstan millisi ilə üz-üzə gəlib.
Aktaudakı "BS Arena"da baş tutan görüş Qazaxıstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanmışdı.
19:37 15.04.2026
Oxunuş sayı: 55