Qadınlardan ibarət basketbol millimiz Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.
Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.
18:50 15.04.2026
Oxunuş sayı: 49