İran və ABŞ razılığa gəlir, neftin qiyməti sabitləşir
Səudiyyə Ərəbistanının regional enerji təhlükəsizliyi və qlobal neft bazarlarının sabitliyi ilə bağlı narahatlıqları artmaqdadır. Bu kontekstdə Hörmüz boğazı ətrafında yaranan gərginliklər beynəlxalq diqqət mərkəzindədir. Məsələ ilə bağlı Səudiyyə Ərəbistanının ABŞ-yə təzyiq göstərərək İranla danışıqların bərpa olunmasına və boğazın blokadasından imtina edilməsinə nail olmağa çalışdığı bildirilir.
ReAL partiyasının sədri, iqtisadçı - ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında Hörmüz boğazı ətrafında baş verən hadisələrin neft və qaz qiymətlərinə təsir etdiyini bildirib: "Neft-qaz qiymətləri bu səbəbdən qalxsa da, dünəndən bəri pozitiv xəbərlər də alırıq. Belə ki, İran ilə ABŞ arasında danışıqların bərpa olunacağı, müəyyən razılaşmaların, o cümlədən Hörmüz boğazı ilə bağlı məsələlərin də müzakirə olunacağı buna daxildir. Son xəbərlərin fonunda neft və qaz qiymətlərində müəyyən sabitləşmə müşahidə olunur. Hətta neftin qiyməti 100 dollardan aşağı düşüb. Hazırda isə 95 dollar ətrafındadır".
Fatimə
19:28 15.04.2026
Oxunuş sayı: 123