Kəmaləddin Heydərova iki yeni müavin təyin olundu
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin olunub.
Bu barədə Crossmedia.az xəbər verir.
Belə ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
20:52 14.04.2026
Oxunuş sayı: 44