Ukrayna dronları Rusiya ordusunun kabusuna çevrilib - Ekspert
Rusiya- Ukrayna cəbhəsində döyüşlər son dövrlərdə daha çox mövqe xarakteri alıb. Tərəflər arasında genişmiqyaslı irəliləyişlər qeydə alınmır. Hərbi vəziyyətin dinamikası əsasən lokal əməliyyatlarla müşayiət olunur. Cəbhə xəttində isə ciddi dəyişikliklər müşahidə edilmir.
Son proseslər fonunda müharibənin gedişinə texnoloji amillərin, xüsusilə də dronlardan istifadənin təsiri daha çox hiss olunmağa başlayıb.

Hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, tərəflər arasında son vaxtlar mövqe savaşı gedir: "Ukraynanın hansısa əraziləri nəzarətə götürülməsi haqqında Ukrayna Silahlı Qüvvələrinin komandanlığı məlumat yayır. Rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin həmişə olduğu kimi hansısa bir kəndin və yaxud da ərazinin onların nəzarətinə keçməsi qeyd edilir. Amma ümumilikdə tıxanmış vəziyyətdir".
Ü.Cəfərovun fikrincə, dronlar Rusiya ordusunun əsgərləri üçün kabusa çevrilib və böyük itkilər verirlər: "Hazırkı vəziyyət ondan ibarətdir ki, Rusiya ordusunun hər hansı bir əks hücum potensialı yoxdur. Bəlkə də, haradasa ağır- ağır irəliləyir. Amma bütövlükdə cəbhənin əsas istiqamətlərində Rusiya ordusunun bugün böyük bir əməliyyat aparması, hansısa bir üstünlüyə nail olmasını müşahidə etmədik. Həm də son vaxtlar Ukrayna ordusunun artilleriya və dron birləşmələri Rusiya ordusunun dərinliklərinə logistika imkanlarını məhdudlaşdıran, şəxsi heyətin hazırlanmasına və həyata keçirilən, hətta 20-30-40 km dərinliyində belə olan qüvvələrə zərbələr endirilir, bu da Rusiya ordusunun imkanlarını xeyli zəiflədir".
Ekspert, həmçinin Yampol istiqamətində müdafiə xəttini yarılması mövzusuna da toxunub: "Bu, elə də böyük bir uğur deyil. Ukrayna prezidenti Volodimir Zelenski, ordunun baş komandanı Aleksandr Sırskı və digərləri də bəyan edirlər ki, Ukrayna uğurla irəliləyir. Bunlar hamısı epizodik və müvəqqəti xarakter daşıyan hallardır və bunun da hansısa çox ciddi nəticələrə gətirəcəyini düşünmürəm".
Fatimə
19:50 14.04.2026
Oxunuş sayı: 229