UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.
Crossmedia.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 2:0
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.
09:20 14.04.2026
Oxunuş sayı: 58