Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində ölkə mediasında fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə ümumilikdə 10 interaktiv təlim sessiyasının keçirilməsi nəzərdə tutulur. Təlimlər qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunacaq.
Təlim sessiyaları zamanı aşağıdakı aktual mövzular üzrə təqdimat və müzakirələr aparılacaq:
Təlimlərdə hazırda ölkə mediasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər. Maraqlanan şəxslər qeyd olunan mövzularla tanış olduqdan sonra xüsusi müraciət forması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatın ilkin mərhələsi 30 apreldə yekunlaşacaq.
Qeydiyyatdan keçmiş namizədlər arasından seçiləcək iştirakçılara təlimlərin vaxtı və məkanı barədə əvvəlcədən fərdi şəkildə məlumat veriləcək. Təlimlər may ayından başlayaraq ilboyu davam edəcək.
Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7
Sual və təkliflər üçün elektron poçt: [email protected]
11:30 13.04.2026
Oxunuş sayı: 52