Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparıb.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
"İstismara verildiyi ötən əsrin 50-ci illərindən bəri ilk dəfə yenilənən 20 kilometrlik bu xətlə xüsusilə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının təhlükəsiz daşınması təmin ediləcək", - ADY-dən bildirilib.
10:15 13.04.2026
Oxunuş sayı: 51