Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak edib
Macarıstanın Bakıdakı Səfirliyində Macarıstan Parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.
Crossmedia.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak etmişdir.
Göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-dan saat 19:00-dək açıq olub. (Trend.az)
21:30 12.04.2026
Oxunuş sayı: 48