Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şosesindən istifadə edə bilərlər.
17:11 12.04.2026
Oxunuş sayı: 53