Lamin Yamal La Liqada yeni rekord müəyyənləşdirib
"Barselona" klubunun futbolçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.
Crossmedia.az xəbər verir ki, cinah oyunçusu buna XXXI turda "Espanyol"la matçda iştirak etməklə nail olub.
Qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Yamal yerli çempionatında 100-cü matçına çıxıb. O, bunu 18 yaş 272 günündə bacarıb.
Beləliklə, gənc vinger "Real"ın sabiq üzvü Raul Qonsalesin (19 yaş, 284 gün) rekordunu qırıb.
Xatırladaq ki, "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib.
09:50 12.04.2026
Oxunuş sayı: 46