İki qadın bıçaqlanaraq öldürüldü - Şübhəli axtarışdadır
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Crossmedia.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. (Report)
12:40 11.04.2026
Oxunuş sayı: 61