Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşk atma iclası baş tutub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşk atma iclası baş tutub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştirak edib.
İclası giriş sözü ilə açan Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində də əldə etdiyi uğurlardan geniş bəhs edib. Sonra idman yarışları ilə bağlı ilk iclasın 2026-cı il aprel ayının 3-də baş tutması qeyd olunaraq cari ilin aprel-may aylarında keçiriləcək idman yarışların əhəmiyyəti və mahiyyəti haqqında bəhs edilib. Bəxtiyar Nəbiyev qeyd edib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunması təsadüfi deyil. Çıxışın sonunda hər bir komandaya uğurlar arzu edilib.
Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov da çıxış edərək ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. Qeyd olunub ki, yarışların keçirilməsi ilə bağlı əsasnamə yarış iştirakçılarına təqdim edilib. 6 idman növü üzrə 7 yarışda (basketbol, stolüstü tennis, voleybol (oğlan, qız), mini-futbol, şahmat, dama) iştirak edəcək komandaların üzvlərinin hər birinin ərizələri, iştirakçıların həkim arayışlarının təqdim edilməsi, yarışların keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin idman zallarının ideal vəziyyətdə olması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində hər bir müəssisənin məsuliyyət daşıması iclas iştirakçılarının nəzərinə çatdırıldı. Çıxışın sonunda iştirakçılara uğurlar arzu edilib.
Çıxışlardan sonra yarışlarda iştirak edəcək komandaların iclasda iştirak edən nümayəndələrinin iştirakı ilə puşk atma mərasimi keçirilib. Komandaların yarışacağı məkan, tarixlər müəyyənləşdirilib və məlumat verilib. İclasının sonunda isə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları 2026-cı ilin aprel ayının 16-dan etibarən başlayacaq və may ayının 4-də yekunlaşacaq.
Yarışlarda iştirak edəcək komandaların hər birinə uğurlar arzu edirik!
14:51 10.04.2026
Oxunuş sayı: 73