Kürdəmirdə magistral su boru kəməri partlayıb, abonentlər susuz qalıb
Kürdəmirdə magistral su boru kəməri partlayıb, 8 400 abonent susuz qalıb.
Crossmedia.az xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cı km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 8 400 abonentini içməli su ilə təmin edir.(Report)

23:02 09.04.2026
Oxunuş sayı: 44