Ailə üç uşağını dilənçiliyə məcbur edirmiş
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən azyaşlılar dilənçiliyə məcbur edilirmiş.
Crossmedia.az xəbər verir ki, uşaqlar Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsində yerləşən yataqxanada yaşayırlar.
Qonşular ailə başçılarının bir-biri ilə dalaşması barədə rayon icra hakimiyyətinə məlumat veriblər. İcra hakimiyyəti əməkdaşları mənzilə baxış keçirərkən məlum olub ki, ailə başçısı Səbuhi Ələsgərov içki aludəçisidir, heç bir yerdə işləmir.
Uşaqların anası Təranə Ələsgərova isə həm psixi xəstə, həm də fiziki məhdudiyyətlidir. Qadın və kişi evdə tez-tez mübahisələr edir, uşaqlara işgəncə verirmişlər.
Rayon icra hakimiyyətinin əməkdaşları ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər, hazırda uşaqlar və ana müayinə edilirlər. (Oxu.az)
18:50 09.04.2026
Oxunuş sayı: 51