Vadar Nuriyev: Sabah"a əks-hücum şansı verdinsə, bağışlamır
"Sabah" komandası rəqibini əks-hücumlar zamanı bağışlamır.
Crossmedia.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın məşqçisi Vadar Nuriyev Misli Premyer Liqasının XXVI turunda "Sabah"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşma barədə danışıb:
"Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik, yaxşı da başladıq. Adi səhvdən qol buraxdıq. İkinci qolda da səhvə yol verdik. Halbuki penalti epizodundan əvvəl qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik, alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması Bakı kollektivinin 4:2 hesablı qələbəsi ilə bitib.
23:15 07.04.2026
Oxunuş sayı: 374