Ərdoğan: İranın bölgədəki qardaş dövlətlərə münasibətini düzgün hesab etmirik
İranın tamamilə məhv edilməsinə yönəlmiş hərəkətləri dəstəkləmədiyini və İranın bölgədəki qardaş dövlətlərə münasibətini düzgün hesab etmirik.
Crossmedia.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamentinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançez ilə telefon danışığında deyib.
Ərdoğan söyləyib ki, vicdanı olan hər kəs sülhü qəbul etməli və diplomatiyaya diqqət yetirməlidir.
Türkiyə lideri, həmçinin İsrailin Qəzzada və digər yerlərdə qanunlara etinasızlığının qarşısı alınmazsa, bölgənin sülhə həsrət qalacağını əlavə edib.
O deyib ki, Türkiyə beynəlxalq ictimaiyyətin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqların canlandırılmasını və sülhə yönəlmiş əlaqələri daha ciddi qəbul etməsinin vacib olduğuna inanır.
Liderlər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə etdilər.
Prezident Ərdoğan Türkiyə və İspaniyanın bütün sahələrdə, xüsusən də müdafiə sahəsində göstərdiyi həmrəyliyin Türkiyə xalqı tərəfindən alqışlandığını və münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.
20:49 07.04.2026
Oxunuş sayı: 59