Tovuzda 19 yaşlı qızı qaçırmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb
Tovuz rayonunda 19 yaşlı qızı evlənmək məqsədilə qaçırmaqda şübhəli bilinən dörd nəfər polis tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qızın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
15:17 07.04.2026
Oxunuş sayı: 40