Sarayda tikiş sexində yanğın baş verib
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən tikiş sexində yanğın baş verib.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilir ki, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10:07 07.04.2026
Oxunuş sayı: 50