Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində ikinci oyunlar başlayır
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Şəki" "Quba"nı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. Komandalar arasında baş tutan ilk oyunda "Şəki" 101:89 hesablı qələbə qazanıb.
Günün son matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk görüşdə "Naxçıvan" rəqibini 98:87 hesabı ilə üstələyib.
Qeyd edək ki, pley-in mərhələsinin ikinci oyunları aprelin 7-də yekunlaşacaq.
09:19 06.04.2026
Oxunuş sayı: 45