C130 təyyarəsinin qəzası Türkiyəni bir-birinə vurdu: “Bu, analiz deyil, manipulyasiyadır”
Türkiyədə fəaliyyət göstərən Türk Stratejik Düşünmə Mərkəzi (TÜMER), son günlərdə müzakirə mövzusuna çevrilən Azərbaycanla bağlı təyyarə iddialarına dair diqqətçəkən bir analiz yayımlayıb. Strateq Mete Aksoy tərəfindən qələmə alınan yazıda, Doğu Perinçekin iddiaları texniki məlumatlar, rəsmi açıqlamalar və geosiyasi kontekst çərçivəsində detallı şəkildə təhlil olunur.
Aksoy, təqdim etdiyi analizdə yalnız iddiaları təkzib etməklə kifayətlənmir, eyni zamanda bu iddiaların arxasında duran siyasi niyyətləri və ictimai rəyə təsir mexanizmlərini də açıq şəkildə ortaya qoyur. Yazı, sosial mediada geniş rezonans doğurarkən, mövzunun strateji ölçüsünü də ön plana çıxarır.
PERİNÇEK’E SUAL: AZƏRBAYCAN TƏYYARƏSİNİ KİM VURDU?
11 noyabr 2025-ci ildə Gəncədən havaya qalxan C-130 hərbi yük təyyarəsi Gürcüstan hava məkanında qəzaya uğradı. Hadisə nəticəsində 20 hərbçimiz şəhid oldu. Qəza araşdırma hesabatı hələ də açıqlanmayıb.
31 mart 2026-cı ildə Doğu Perinçek bu hadisəni yenidən gündəmə gətirərək təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etdi. Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) isə bu iddiaları “dezinformasiya” adlandırdı və Perinçek haqqında hüquqi addım atıldığını açıqladı.
İddiaların Təhlili
Perinçek iddia edir:
“Azerbaycanda Türk yük təyyarəmizi İsrail vurdu.”
Bu iddia yanlışdır. Təyyarə Azərbaycan ərazisində deyil, Gürcüstan hava məkanında qəzaya uğrayıb. Hadisənin coğrafiyasını belə düzgün ifadə edə bilməyən bir yanaşmanın bütövlükdə etibarlılığı sual altındadır.
Perinçek:
“34 hərbçimiz şəhid oldu.”
Bu da yanlışdır. Rəsmi açıqlamaya görə təyyarədə 20 nəfər olub və hamısı şəhid olub. Hətta şəhid sayının belə yanlış verilməsi iddianın nə qədər əsassız olduğunu göstərir.
Perinçek:
“Təyyarəni İsrail vurdu.”
Bu iddianın heç bir sübutu yoxdur. Radar məlumatı yoxdur, texniki dəlil yoxdur, kəşfiyyat məlumatı yoxdur. Yalnız iddia var.
Perinçek:
“Qəza hesabatı açıqlanmır, çünki qəza yoxdur.”
Halbuki hərbi qəza araşdırmaları bütün dünyada uzun müddət çəkir. ABŞ-da belə bu tip hesabatlar 12–24 ay ərzində açıqlanır. Bu, normal prosedurdur.
Strateji Oxu: Bu İddialar Nəyi Hədəfləyir?
Mete Aksoyun analizinə görə bu iddialar sadəcə bir hadisə şərhi deyil, daha geniş siyasi məqsədlərə xidmət edir:
Azərbaycan hava məkanının nəzarət edə bilmədiyi təəssüratını yaratmaq
Türkiyəni zəif və passiv göstərmək
İsraili bölgədə “görünməz güc” kimi təqdim etmək
Sübut olmadan ictimai rəy yönləndirmək
Bu isə analiz deyil, açıq şəkildə algı əməliyyatıdır.
Alternativ Baxış: Daha Güclü Ssenari
Aksoy diqqətə çatdırır ki, oxşar hadisə daha əvvəl yaşanıb:
Azərbaycan Hava Yollarına məxsus bir sərnişin təyyarəsi Rusiyanın Pantsir-S hava müdafiə sistemi tərəfindən vurulmuş, 38 nəfər həyatını itirmişdi. Hadisə rəsmi şəkildə qəbul edilmiş, texniki sübutlarla təsdiqlənmişdi.
Eyni coğrafiya, eyni hava dəhlizi.
Bu baxımdan, əgər kənar müdaxilə ehtimalı müzakirə olunacaqsa, sübutu olan aktorun nəzərə alınmaması suallar doğurur.
Nəticə
Mete Aksoyun qənaəti açıqdır:
Bu çıxış obyektiv analiz deyil, siyasi mövqeyə uyğun qurulmuş bir narrativdir. Strateji analiz isə mövqeyə görə deyil, məlumatlara görə aparılmalıdır.
Əks halda bu cür yanaşmalar yalnız həqiqəti ört-basdır edir və ictimai rəyin manipulyasiyasına xidmət edir.
11:07 05.04.2026
Oxunuş sayı: 1236