Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi dekabra qədər başa çatacaq
Bu ilin dekabr ayına qədər Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi başa çatacaq.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu istiqamətdə fəaliyyətini davam etdirir.
Bu il AAYDA həmçinin Naxçıvan Muxtar Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının, şəhər və kəndlərinin daxili avtomobil yollarının yenidən qurulmasının layihələndirilməsini həyata keçirəcək.
Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin tikintisinə 2021-ci ildən başlanılıb.
11:19 03.04.2026
Oxunuş sayı: 76