Rauf Məmmədov Almaniyada keçiriləcək "Grenke" şahmat yarışına qatılacaq
Azərbaycanın üçqat Avropa çempionu Rauf Məmmədov Almaniyanın Karlsrue şəhərində "Grenke" şahmat festivalında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ənənəvi beynəlxalq yarış aprelin 2-dən 6-dək keçiriləcək.
Qeyd edək ki, yarışda həmçinin dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.
20:15 01.04.2026
Oxunuş sayı: 41