STK-da “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə aid tədbir keçirildi
STK-da “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə aid tədbir kecirildi.
Öncə Dekorativ-tətbiqi sənət (zərgərlik) və Dizayn (qrafik dizayn) ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış oldu.
Crossmedia.az xəbər verir ki, Ulu öndər və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndi.
Tədbirdə Millət vəkillərindən: Milli Məclisin Komitə sədri Hicran Hüseynova, Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, Pərvanə Vəliyeva, Günay Ağamalı, Elman Nəsirov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Dost İnklüziv Mərkəzinin director müavini Mətanət Məmmədova, bəstəkar - müğənni Elza Seyidcahan, şair Baba Vəziroğlu, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Gülnar Məmmədova, YAP Nizami rayon təşkilatının nümayəndəsi Aytac Məhərrəmli, ATU-nun prorektoru Rəşad Əliyev, “Vətənpərvərlik” Maarifləndirmə İctimai Birliyinin sədri Aynur İsayeva və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor Fərid Bağırov iştirak etdilər.
Tədbirdə kollecin direktoru, professor Nasim Abışov, Milli Məclisin Komitə sədri Hicran Hüseynova, şair Baba Vəziroğlu və Azərbaycan İncəsənət Məktəbinin təsisçisi, rejissor Fərid Bağırov çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, birinci vitse prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva həssas kateqoriyalı gənclərə daimi diqqət göstərirlər.
Daha sonra Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə “2 Aprel Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Məni dinləyin...” adlı həssas kateqoriyalı gəncin ifasında hazırlanmış sürrealist üslubunda tamaşa göstərildi. Əsədzadə Fatimə Vasif qızı və Əkbərli Sunay Samir qızı “Məni dinləyin…” adlı mono tamaşasını yaxşı təqdim etdiklərinə görə onlara kollecin direktoru Nasim Abışov tərəfindən Təşəkkürnamə və kollecdə “Zərgərlik” emalatxanasında tələbələr tərəfindən hazırlanmış qiymətli hədiyyə təqdim edildi.
Sonda qonaqlarla xatirə şəkli çəkildi.
19:05 01.04.2026
Oxunuş sayı: 127