Aqil Abbas Ceyhun Bayramovun Əraqçi ilə son müzakirəsindən danışdı: Nə dediyini yaxşı bilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə iranlı həmkarı Abbas Əraqçi tərəfindən Azərbaycana ünvanlanan təşəkkürə münasibət bildirərkən, Azərbaycan və İran xalqlarını “dost və qardaş” kimi xarakterizə edib. Regional gərginliyin artdığı, Yaxın Şərqdə münaqişələrin genişlənmə ehtimalının müzakirə olunduğu bir dövrdə bu cür ifadələrin səsləndirilməsi təbii olaraq müxtəlif siyasi və analitik suallar doğurur. Rəsmi Bakının bu ritorikası sadəcə diplomatik nəzakət çərçivəsində dəyərləndirilməlidir, yoxsa bu, daha geniş geosiyasi mesajların və balanslaşdırılmış siyasətin bir təzahürüdür? Mövcud şəraitdə Azərbaycanın regional proseslərə yanaşması, mümkün risklər və qarşıdakı ssenarilər fonunda necə formalaşmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlama verib:

- Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, İran və Azərbaycan burda dost və qardaş xalqlardır. Sizcə nazirin bu məsələyə diqqət çəkməsi təsadüfidirmi?
- Təsadüfi hal deyil. Biz dost və qardaş xalqlarıq. Farslarla birgə tariximiz, kultural dəyərlərimiz var. Ceyhun Bayramov diplomatdı və nə dediyini çox yaxşı bilir.
- Bu rəsmi Bakının Cənubi Azərbaycanla bağlı mövqeyinin təzahürü kimi qiymətləndirilə bilərmi?
- Azərbaycan İranın daxili işlərinə qarışmır.
- Yaxın şərqdəki müharibənin hazırkı mərhələsində Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycan sülh istəyən dövlətdir. Hər zaman sülh tərəfdarı olub. İran və ABŞ nə edir, bundan bizə nə?
- İddialar var ki, Türkiyə kimi Azərbaycani da müharibəyə çəkmək istəyənlər var. Sizcə bu iddialar nə qədər realdır?
İnanmıram, Azərbaycan prezidenti İlham Əliyev sülh istəyir . Sülh istəyən adamı müharibəyə cəlb etmək çətin məsələdir.
- Müharibə daha da genişlənərsə və ərəb ölkələrinə doğru yayılarsa rəsmi Bakı necə davranmalıdır?
- Mən xarici işlər naziri deyiləm, onu dövlət yetkilisindən soruşun.
Ayhan
10:13 01.04.2026
Oxunuş sayı: 50