19 yaşlı qız dayısıoğlu tərəfindən bıçaqlandı
Ağdamda 19 yaşlı qıza bıçaqla xəsarət yetirilib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, rayon sakini Cəfərova Leyla üz nahiyəsi və sol əlindən kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, L. Cəfərova ətir satıcısı kimi fəaliyyət göstərir. (Trend)
18:52 31.03.2026
Oxunuş sayı: 45