Daşkəsəndə avtomobil yolu çökdü
Daşkəsən rayonunda Alünütdağ-Daşkəsən avtomobil yolunda sel suları nəticəsində çökmə baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə qəsəbədaxili 3 km-lik avtomobil yolunun 2-ci km-də qeydə alınıb.
Problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb, ərazi çəpərlənib.
Rayonda aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. Ərazidən qaya parçaları götürülüb, həmçinin yolun genişləndirilməsi işlıri görülür. Hazırda gediş-gəliş təmin olunub. (Report)
12:30 30.03.2026
Oxunuş sayı: 62