Aysun Məmmədovadan qızıl uğur :Avropa Kubokunda zəfər
Azərbaycanlı cüdoçu Aysun Məmmədova Polşanın Poznan şəhərində keçirilən Avropa Gənclər Kubokunda qızıl medal qazanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
52 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşalı Nina Potok, Böyük Britaniyalı Lola Hodson və İsveçli Sofiya Kordovanı məğlub edərək adını həlledici mərhələyə yazdırıb. Final görüşündə isə o, Böyük Britaniyanı təmsil edən Keyt Çişolmu üstələyərək turnirin qalibi olub.
Qeyd edək ki, bu, Aysun Məmədovanın beynəlxalq gənclər turnirlərində ilk qızıl medalıdır. Poznandakı yarışda ümumilikdə 21 ölkədən 267 cüdoçu iştirak edib.
11:35 30.03.2026
Oxunuş sayı: 49