FHN: Su basmış ərazilərdən 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, tədbirlər nəticəsində 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
18:25 29.03.2026
Oxunuş sayı: 44