Ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlar nəticəsində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, görülmüş tədbirlər nəticəsində 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
"Təxliyə edilənlərdən 36-sı azyaşlıdır", - məlumatda bildirilib.
11:10 29.03.2026
Oxunuş sayı: 51