"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasının XX turunda səfərdə qələbə qazanıb
"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda qələbə qazanıb.
Crossmedia.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi səfərdə "Quba"nı məğlub edib – 103:96.
Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib.
"Naxçıvan" 36 xalla ikinci, "Quba" 27 xalla üçüncü pillədə qərarlaşıb.
Bu gün B qrupunda həmçinin "Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" görüşləri baş tutacaq.
17:42 28.03.2026
Oxunuş sayı: 46