Geosiyasi gərginlik neft bazarını silkələyir - qiymətlər hara gedir?
ABŞ-da siyasi ritorikanın sərtləşməsi və ABŞ prezidenti Donald Tramp tərəfindən İranla bağlı verilən mesajlar qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.
Xüsusilə, İran ətrafında mümkün hərbi və ya siyasi eskalasiya ehtimalları neft tədarükü ilə bağlı riskləri artıraraq “Brent” markalı neftin qiymətini bir barel üçün 106 dollara qədər yüksəldib.
Bu artım təkcə iqtisadi faktorların deyil, həm də geosiyasi gərginliyin bazarlara birbaşa təsirinin bariz nümunəsi kimi qiymətləndirilir.
Hazırkı şəraitdə əsas sual ondan ibarətdir: neft qiymətləri daha da yüksələcək, yoxsa bazar bu gərginliyə adaptasiya olaraq müəyyən sabitlik mərhələsinə keçəcək?
Digər tərəfdən, mümkün münaqişənin sona çatması enerji bazarlarında tarazlığı bərpa edə biləcəkmi, yoxsa qiymətlər uzunmüddətli qeyri-sabitlik mərhələsinə daxil olacaq?

Mövzu ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Crossmedia.az-a açıqlama verib:
"Neftin qiyməti hazırda tələb təklifə deyil, İran və onun ətrafında baş verən hərbi-geosiyasi vəziyyətə bağlıdır.
Ona görə də, qiymətlər daha çox ABŞ və İran rəhbərliyinin bəyanatlarına daha çox reaksiya verir və gündəlik kəskin eniş və artımlarla müşahidə də oluna bilir.
Bu baxımdan sabahın beft qiyməti proqnozu belə faktiki olaraq təxmin edilə bilməyən bir məsələdir, çünki hərbi əməliyyatların gedişatı və hava zərbələrinin yeri və masştabı hərbi sirr olaraq qalır".
Ayhan
09:30 28.03.2026
Oxunuş sayı: 53