Ağsuda qadını qətlə yetirən şəxslər saxlanılıb
Ağsuda törədilən qətlin üstü açılıb.
Crossmedia.az xəbər verir ki, martın 23-də rayonun Muradlı kəndində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.
Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir(Report)
19:11 27.03.2026
Oxunuş sayı: 285