Ağdamda minaya düşən şəxsin vəziyyəti orta ağır olaraq qalır - Yenilənib
Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 1/3-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".(Report)
14:25
Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.
Crossmedia.az-ın xəbərinə görə, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə təxliyə edilib.
Faktla bağlı araşdırma başlanılıb.(Report)
18:43 26.03.2026
Oxunuş sayı: 2182