Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Qəza zamanı Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi Mercedes markalı avtomobillə, 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası-na çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
16:50 23.03.2026
Oxunuş sayı: 46