"Böyük Dəbilqə" turnirinin ilk günündə 4 Azərbaycan idmançısı mübarizəyə start verir
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə" turniri start götürəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən 4 idmançı tatami üzərinə çıxacaq.
Kişilər arasında Turan Bayramov (66 kq) 1/32 finalda fransalı Kilian Noelə üz-üzə gələcək. Eyni çəkidə Rəşad Yelkiyev isə 1/16 finalda niderland təmsilçisi Yoxem van Hartenlə qarşılşacaq.
Qadınların mübarizəsində isə Könül Əliyeva (48 kq) monqolustan idmançısı Mişel Altanşaqayın müqavimətini qırmağa çalışacaq. Mübarizəyə 1/8 finaldan başlayan Leyla Əliyeva (52 kq) isə İsraildən olan Gefen Primo ilə münasibətlərə aydınlıq gətirəcək.
"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.
11:10 20.03.2026
Oxunuş sayı: 37