Premyer Liqa: "Qarabağ" və "Neftçi" rəqiblərindən son məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar
Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.
Crossmedia.az xəbər verir ki, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.
Günün ikinci görüşündə "Neftçi" "İmişli"ni qəbul edəcək. Matç "Palm Sports Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla 6-cıdır. Bölgə təmsilçisi 22 xalla 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Kəpəz" və "Qarabağ" komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, "Neftçi" – "İmişli" qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada, favorit komandalar sonuncu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
Misli Premyer Liqası
III dövrə, XXV tur
20 mart
15:00. "Kəpəz" – "Qarabağ"
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu
19:15. "Neftçi" - "İmişli"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Palms Sports Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.
11:25 20.03.2026
Oxunuş sayı: 47