Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.
Sabah start götürəcək Tbilisi "Böyük Dəbilqə"sinin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.
Kişilər
66 kq, 1/32 final
Turan Bayramov – Kilian Noel (Fransa)
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)
73 kq, 1/32 final
Kamran Süleymanov – Rey Marinks (Belçika)
73 kq, 1/16 final
Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika)
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə
Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)
52 kq, 1/8 final
Leyla Əliyeva – Gefen Primo (İsrail)
70 kq, 1/16 final
Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)
Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)
+78 kq, 1/8 final
Madina Kaisinova – Erika Simonetti (İtaliya)
22:48 19.03.2026
Oxunuş sayı: 48