Firdovsi Əliyev özünə yeni müavin təyin etdi
Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Firdovsi Əliyev müvafiq əmr imzalayıb.
Məlumata görə, Elmar Qarayev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb. (İqtisadiyyat.az)
17:13 19.03.2026
Oxunuş sayı: 41