Bayram namazının tarixi AÇIQLANDI
Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, martı 20-da Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.
Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.
Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.
QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.
Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
11:20 19.03.2026
Oxunuş sayı: 43