Qubada iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanılıb
Martın 18-də Quba rayonu Zizik kəndində 1966-cı il təvəllüdlü Ceyhun Ağasiyev və 1970-ci il təvəllüdlü Gülgəz Ağasiyevanın ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aparılmış araşdırmalarla Ceyhun Ağasiyevin Gülgəz Ağasiyevanı qəsdən öldürdükdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
11:10 19.03.2026
Oxunuş sayı: 1456