Bu gün bürcləri nələr gözləyir?
19 mart 2026-cı il, cümə axşamı gününə aid bürc proqnozları türkiyəli astroloq Rümeysa Ergüden tərəfindən təqdim olunub. Günün ümumi enerjisində Venera ilə Yupiter arasındakı gərgin bucaq emosiyaların şişirdilməsinə və gözləntilərin artmasına səbəb ola bilər.
Astroloji mənzərəyə görə, günün ikinci yarısında Günəşlə Uran arasında müsbət bucaq formalaşır və Balıq bürcündə Yeni Ay baş verir. Bu isə yeni başlanğıclar, ilham və dəyişikliklər üçün əlverişli şərait yaradır. Mütəxəssislər bu dövrdə tələskən qərarlar vermək əvəzinə, müşahidə edib plan qurmağı tövsiyə edir.
Qoç – Yeni başlanğıc mərhələsidir. Daha çox istirahətə və daxili balansı bərpa etməyə ehtiyac duyacaqsınız.
Buğa – Sosial əlaqələr ön plana çıxır. Yeni dostluqlar və əməkdaşlıqlar üçün uyğun zamandır.
Əkizlər – Karyera və hədəflərlə bağlı yenilənmə dövrüdür. Yeni planlar formalaşa bilər.
Xərçəng – Təhsil, inkişaf və yeni təcrübələrə açıq bir gündür. Rutindən çıxmaq istəyi artacaq.
Şir – Maddi və emosional bağlılıqlarla bağlı dəyişikliklər mümkündür. Yeni yanaşmalar fayda verə bilər.
Qız – Münasibətlər və tərəfdaşlıqlarda yeni mərhələ başlayır. Səbirli olmaq tövsiyə olunur.
Tərəzi – İş, sağlamlıq və gündəlik rejimdə yeniliklər gündəmdədir. Özünüzə daha çox diqqət ayırmalısınız.
Əqrəb – Yaradıcılıq və sevgi həyatında canlanma müşahidə olunur. Yeni hobbilərə başlamaq üçün əlverişli zamandır.
Oxatan – Ailə və ev həyatı ilə bağlı dəyişikliklər mümkündür. Daxili rahatlıq ön plana çıxır.
Oğlaq – Ünsiyyət və yeni biliklər qazanmaq üçün uğurlu gündür. Yeni ideyalar yarana bilər.
Dolça – Maliyyə məsələlərində yeni imkanlar və fərqli yanaşmalar gündəmə gələ bilər.
Balıq – Şəxsi həyatınızda yeni səhifə açılır. Özünüzü daha enerjili və motivasiyalı hiss edə bilərsiniz.
00:20 19.03.2026
Oxunuş sayı: 43