Ötən gün 23 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
Ötən gün 23 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə readmissiya olunub.
Bu barədə Crossmedia.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində geri qəbul edilib.
12:00 18.03.2026
Oxunuş sayı: 52