Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turu başlayıb
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının müntəzəm mövsümündə sonuncu tura start verilib.
Crossmedia.az xəbər verir ki, kişilərin yarışında XVIII turun iki oyunu baş tutub.
"Neftçi" "Gənclər"i 3:0, "Ordu" isə "Murov Az Terminal"ı 3:2 hesabı ilə məğlub edib.
Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçirilib.
Qadınların mübarizəsində "Murov Az Terminal" "Turan"ın qonağı olacaq. Tovuz Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
21:25 17.03.2026
Oxunuş sayı: 52