Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edib
Azərbaycanın beynəlxalq axtarışa verdiyi vətəndaşı Zaməddin Bəfadar oğlu İbrahimov Rusiyadan ekstradisiya edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin vəsatətini təmin edib və Z.İbrahimov bu ölkə ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəyə gətirilib.
Xatırladaq ki, Sumqayıt Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Z.İbrahimovun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
18:41 16.03.2026
Oxunuş sayı: 48