SOCAR "Palmali"yə qarşı arbitrajda qalib gəldi
2017-ci ildə Azərbaycanın SOCAR şirkətinə satılan 10 gəmi ilə bağlı "Palmali" qrupunun başlatdığı arbitraj işində hakim heyəti qərarını verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Economim" nəşri yazıb.
Məlumata görə, Londonda aparılan prosesdə iş adamı Mübariz Mənsimovun idarə etdiyi "Palmali" şirkətinin iddiaları hüquqi və faktiki əsasların olmaması səbəbindən tamamilə rədd edilmişdi.
Hakim heyəti "Palmali" qrupunun iddialarını rədd edib.
Azərbaycan və Türkiyə vətəndaşlığına malik iş adamı Mübariz Mənsimovun idarə etdiyi "Palmali" qrupu ilə əlaqəli şirkətlər 2023-cü ilin iyun ayında müxtəlif iddialar irəli sürərək arbitraj prosesini başlatmışdılar. Proses 2025-ci ilin noyabr ayında Londonda həyata keçirilən və üç həftə davam edən dinləmələrdən sonra başa çatıb.
Dinləmələr zamanı Mənsimov və "Palmali" tərəfindən digər şahidlər şəxsən ifadə veriblər. "Palmali" tərəfini Böyük Britaniya və ABŞ-də yerləşən Britaniya vəkilləri və hüquq firmalarından ibarət komanda təmsil edirdi.
Üç nəfərdən ibarət arbitraj heyəti 2026-cı ilin fevral ayında verdiyi qərarda "Palmali"nin iddialarının hüquqi və faktiki əsaslarının olmadığını müəyyən etmişdi. Komissiya müxtəlif əsaslarla iddiaları tamamilə rədd etmişdi.
Bildirilib ki, qərar qətidir, məcburi xarakter daşıyır və apellyasiya şikayəti verilə bilməz.
15:18 16.03.2026
Oxunuş sayı: 50