Gəncədə qanunsuz tikililər sökülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə Crossmedia.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Tereşkova küçəsi və Məhsəti qəsəbəsi ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar olunaraq, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
11:00 16.03.2026
Oxunuş sayı: 38