Beynəlxalq yarışda növbəti mükafat
Stolüstü tennisçimiz beynəlxalq yarışda növbəti mükafatı qazanıb
Crossmedia.az xəbər verir ki , stolüstü tennisçi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada etimadı doğrultmaqdadır. Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində U 11 yaş dərəcəsində bürünc mükafata layiq görulən istedadlı idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb. Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Əliəkbər Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib. Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanmışdı.
10:22 15.03.2026
Oxunuş sayı: 45