Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboyda minik avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
Crossmedia.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.
Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi “Mercedes” markalı minik zvtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
09:48 15.03.2026
Oxunuş sayı: 45